Texnologiyanın sürətli inkişafı bir sıra peşələrin də sıradan çıxmasına səbəb olur.
Uşaq ikən demək olar ki, çoxları gələcəkdə pilot olmağı arzulayır. Deyəsən texnologiya onların bu istəklərini ürəklərində qoyacaq.
A24.Az xəbər verir ki, gələcəkdə ixtisar ediləcək peşələrin önündə təyyarəçilik gəlir. Hesablamalara görə 2025-ci ildə pilotsuz təyyarələrin sürətlə bazara daxil olmasından sonra pilot peşəsi tarixə qovuşacaq.
UBS-in apardığı araşdırmaya görə, 8 il ərzində təyyarələrə pilot tələb edilməyəcək və bu da aviasiya sektorunun illik 35 milyard dollar daha az məsrəf sərf etməsinə səbəb olacaq.
8 min insanın iştirak etdiyi anket sorğusunda hər 100 nəfərdən sadəcə olaraq 17-si pilotsuz təyyarələrə üstünlük verəcəyini açıqlayıb. Hava yolları şirkətləri isə az pul xərcləmək üçün təbii ki, pilotsuz təyyarələrə üstünlük verəcəklər.
İnkişaf edən texnologiya və rəqəmsal dünya bir çox sektorda milyonlarla insanın həyatını dəyişib. Həyatımızı asanlaşdıran texnologiyalar bəzilərimizin həyatını çətinləşdirməyə başlayıb. ABŞ-ın “Bureau of Labor Statistics” – İşçi Statistika Bürosu medalyonun digər üzünü işıqlandırmağa başlayıb. Büro gələcəkdə ehtiyac olmayan peşələrin siyahısını açıqlayıb.
Medianın elektronlaşdırılması qəzet, jurnal və s. resursların satış rəqəmlərinin düşməsinə və bu sektorda işsizlik nisbətinin artmasına səbəb olub.
Mediadakı rəqəmsallaşma redaksiya işlərinə də təsir edəcək. Gələcəkdə bu işləri həyata keçirən ağıllı qurğular icad ediləcək.
Balıqçılıqda istifadə edilən üsullar əzələ gücündən asılıdır. Gələcəkdə isə bu işləri robotlar görəcək.
Metal və plastik istehsalında avtomatlaşdırmaya keçid hər 100 işçidən 6-sının işini itirməsi ilə nəticələnəcək.
Maşınqayırmada enerji istehsali və paylama sektorunda işləyənlərin sayı azaldılacaq.
İnternetdən istifadə edənlərin sayının artması turizmlə bağlı agentliklərin işinə təsir edəcək. Bu sektorda işləyənlərin 12 faizi işini itirəcək.
Rəqəmsal mediya TV və radioların reklamdan gələn gəlirlərini özünə cəlb etməyə başladı.
Buna görə də gələcəkdə böhran bu sektorlarda işləyənləri də yaxalayacaq.
Əkinçilikdə texnoloji avadanlıqlara üstünlük verilməsi bu sahədə işləyənlərin bazarına təsir edəcək. Hər 100 nəfərdən 19-u bu peşəni tərk etmək məcburiyyətində qalacaq.
Facebook, Whatsapp kimi əməliyyatlar insanların vərdişlərini dəyişdiyinə görə, hər il poçt xidmətlərindən istifadə azalır. Bu da həmin sektorda işləyənlərin 28 faizinin işini itirməsinə səbəb olur.
Texnologiyanın inkişaf etməsi ilə işsiz qalan peşə qruplarına stüardessalar də daxil olacaq.
Qloballaşan dünyada şirkətlərin daha az xərc çəkməklə ən yüksək qazancı əldə etmə səyi də bəzi peşə qruplarının işini çətinləşdirir.
Bunların önündə ləl-cəvahirat istehsalçıları gəlir. Çünki bu sahədə işləyən bir çox şirkət mərkəzlərini ABŞ-dan kənara köçürür.