ABŞ-ın Texas Universitetində həyata keçirilən təcrübə nəticəsində müəyyən olunub ki, "ağıllı telefonlar" insanların zehnini daraldır.
Təcrübəçilər 800 ağıllı telefon istifadəçisi arasında apardıqları araşdırmalarla telefonların insanlar üzərindəki təsirini müəyyənləşdirməyə çalışıblar.
Təcrübəyə qatılanlardan ilk olaraq komputerdə bütün diqqətlərini toplayaraq bir testdən keçmələri istənib. Testlər zehni fəaliyyətin ölçülməsi məqsədilə həayat keçirilib. İştirakçılardan telefonlarını üzü üstündə masanın üzərinə, ya da ciblərinə, çantalarına qoymamaqları istənilib. Və telefonlar səssiz rejimə qoyulub. Təcrübənin sonunda telefonlarını başqa otağa qoyan iştirakçıların onların yanlarında olan iştirakçılardan daha yüksək nəticə əldə etdikləri müəyyən olunub.
Universitetin təcrübəçisi Adrian Uard "Məqsədli beyin o anda heç nə düşünmür. Ancaq bir şeyi düşünməməküçün itirdiyiniz vaxt beyninizdən müəyyən bir vaxt alır. Bir növ "beyin köçü" reallaşır", deyə bildirib. O vurğulayıb ki, "ağıllı telefonlar" insanları "dəli" edir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub