Dövlət İmtahan Mərkəzi Azərbaycanda test imtahanının ləğv edilməsi məsələsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Dövlət İmtahan Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, mərkəz ümumtəhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsini, attestasiyasını həyata keçirən, təşkilati, hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu mərkəzləşdirilmiş qaydada həyata keçirən publik hüquqi şəxsdir. Buraxılış imtahanları və ali məktəblərə tələbə qəbulu yenə də Dövlət imtahan Mərkəzi tərəfindən həyata keçiriləcək.
“Hazırda Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi yeni imtahan modelləri üzərində müzakirələr aparır. Dəyişikliklər, yeni modelin yəqin ki, sentyabrda ictimaiyyətə təqdim olunması nəzərdə tutulur. Hazırda ekspert və mütəxəssislər bu istiqamətdə işləri davam etdirirlər. Yeni model hazırlandığından onun gələcəkdə hansı formada olacağını indidən demək çətindir. Müzakirələr bitəndən və hüquqi normativ sənədlər hazırlanandan sonra bununla bağlı ictimaiyyətə ətraflı açıqlama veriləcək” – deyə, məlumatda bildirilib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub