"Əlamətləri gerçəkləşdi, qiyamət yaxındadır..." Tanınmış ilahiyyatçı

Elm
885
"Əlamətləri gerçəkləşdi, qiyamət yaxındadır..." Tanınmış ilahiyyatçı

İlahiyyatçılar bildirir ki, Qurana görə, qiyamətin əlamətləri böyük və kiçik olmaq üzrə iki yerə ayrılır. Din adamları zaman-zaman onu da qeyd edirlər ki, qiyamətin əlamətlərinin artıq bir çoxu gerçəkləşib.

Türkiyədə tanınmış ilahiyyatçı yazar Mehmet Paksu qiyamət əlamətlərinin hazırda neçə faizinin gerçək çıxması ilə bağlı araşdırma aparıb. Mehmet Paksu apardığı araşdırmanın nəticəsi olaraq qiyamətin kiçik əlamətlərinin demək olar ki, hamısının artıq gerçəkləşdiyini bildirib. Paksu bununla da dünyanın sonuna çox qalmadığını vurğulayıb. 

Mynews.az ilahiyyatçı yazar Mehmet Paksunun qeydlərinə əsasən qiyamətin gerçəkləşmiş kiçik əlamətlərini təqdim edir:

1. Elm ortadan qalxacaq, cəhalət artacaq.

2. Sərxoşluq yaradan içkilər çoxalacaq.

3. Qətl hadisələri və fitnə artacaq.

4. Çobanlar zənginləşərək bina tikintisində yarışacaqlar. Hündür binalar çoxalacaq.

5. Əlli qadına bir kişi düşəcək dərəcədə qadınların sayı çoxalacaq.

6. Qadınlar ictimai mövqe baxımından ön plana çıxarılacaq.

7. Qadınlar kişilərə bənzəməyə çalışacaq.

8. Kişilər kişilərlə, qadınlar da qadınlarla yetinecekler.

9. Zina açıq şəkildə işlənəcək.

10. Pislik və fahişəlik yayılacaq.

11. Çılpaqlıq yayılacaq, həyasızlıq çoxalacaq.

12. İnsanlar həyatlarından bezərək ölülərə həsəd aparacaq.

13. Allah-allah deyəcək kimsə qalmayacaq.

14. Gecəylə gündüz bir-birinə bərabər hala gələrək qiyamətin qopma zamanı yaxınlaşacaq.

15. Məscidlər bəzənəcək, amma ibadətə əhəmiyyət verilməyəcək. 

16. Cihad və irşad fəaliyyəti tərk ediləcək.

17. Sadəcə dindən kənar elmlər öyrəniləcək.

18. Quranın önəmi insanlar tərəfindən unudulacaq.

19. Namaz olmayacaq.

20. Əmanətə xəyanət ediləcək.

21. Valideynə üsyan ediləcək, bəylər xanımlarının əmrinə tabe olacaq.

22. Cəmiyyətlər keçmişlərinə lənət oxuyacaq.

23. Səviyyəsiz və şəxsiyyətsiz adamlar rəhbər olacaq.

24. Rəhbərlər insanlara zülm edəcək.

25. Liderliyə əlverişli şəxslər azalacaq.

26. Naqislər cəmiyyətin ağası olacaq, şərindən qorxulan insanlara etibar ediləcək.

27. Axmaq və alçaq insanlar dünyanın ən xoşbəxt insanları olacaq.

28. Ticarəti nadürüst adamlar ələ keçirəcək.

29. Yalançılar təsdiqlənəcək, doğru danışanlara etibar edilməyəcək.

30. Ulduz falına inanılacaq.

31. Qəfil ölümlər çoxalacaq.

32. Cahillər və dürüst olmayan süfilər törəyəcək.

33. Qohumluq əlaqəsi kəsiləcək.

34. Kitabların sayı artacaq.

35. Oğurluq çoxalacaq.

Xəbər lenti