Azərbaycanda hamilə və 2 yaşadək uşağı olan qadınların ödənişsiz əsaslarla ali təhsil alması təklif edilir.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deputat Musa Quliyev çıxış edib.
O qeyd edib ki, dünyanın bir çox ölkələrində hamilə və 2 yaşadək uşağı olan qadınlar pulsuz ali təhsil alırlar.
Deputat bildirib ki, bu kateqoriyadan olan qadınlar ali məktəblərin ödənişli əsaslarla olan ixtisaslarına qəbul olsalar da, onlara ödənişsiz əsaslarla oxumaq üçün imkan yaradılır: "Qadın tələbənin təhsil haqqı üçün pul axtarması onun həm özünə, həm də bətnindəki körpəyə psixoloji təsir göstərir. Bu təklifin reallaşması həm də Azərbaycan prezidenti İlham Əliyevin demoqrafik siyasətinə böyük dəstək olar. Hesab edirəm ki, 2 yaşadək uşağı olan, onlara süd verən analara bu güzəşt verilə bilər".
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub