Bakı Məktəb Lisey Kompleksinin (200 və 43 saylı məktəb) valideynləri yenidən aksiya keçirir.
Mynews.az lent.az-a istinadən xəbər verir ki, iki gundur davam edən aksiyaya səbəb məktəbin direktoru Qafar Hüseynovun işdən uzaqlaşdırılmasıdır.
Valideynlərin bildirdiyinə görə, məktəbə direktorun əvəzedicisi göndərilib: "Valideynlərin əsas tələbi məktəbdə 4 aydır davam edən komissiyaya, xaotik vəziyyətə son qoyulması, normal təhsil mühitinin bərpa olunması və Qafar Hüseynovun yenidən öz işinin başına dönməsidir. Əks halda valideynlər övladlarını bu məktəbdən çıxaracaqlar".
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov isə bildirib ki, dünən də İdarənin nümayəndələri etirazçılarla görüşüb söhbət aparıblar: "Onlara bildirildi ki, məktəbin rəhbərliyi hazırda fəaliyyətdədir, işdən çıxarılmayıb, sadəcə bülletendədir. Bu məsələ niyə belə şişirdilir və təşkil olunur, anlamıram. Əslində bu etirazların özü məktəbdə tədrisə mane olan prosesdir. Kimlərində dərsə mane olması özü düz deyil. Bu günkü və dünənki əməllə isə etirazçılar ancaq buna nail olmağa çalışırlar".
B. Məmmədov qeyd edib ki, hazırda da BŞTİ-nin nümayəndələri məktəbdədirlər: "Məktəbdə tədris prosesi normal qaydada davam edir".
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1547 dəfə oxunub
2
İran Naxçıvana 4 dron yönləndirib - MN
1496 dəfə oxunub
3
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
1491 dəfə oxunub
4
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
1481 dəfə oxunub
5
Nazirlər Kabineti İranla bağlı qərar verdi
1480 dəfə oxunub