ABŞ-dakı LİGO və Avropadakı "Virgo"nun liderliyi ilə dünyanın müxtəlif ölkələrindəki 70 rəsədxana iki ulduzun toqquşduğunu bəyan ediblər.
Milli.Az Sciense-ə istinadən bildirir ki, Yerdən təqribən 130 milyon işıq ili uzaqlığında, NGC 4993 qalaktikasında olan ulduzların hər biri Günəş ağırlıqdadır.
Toqquşmadan sonra cazibə dalğaları 100 saniyə davam edib. Bundan sonra isə 2 saniyə ərzində qamma şüalanması olub.
İki ulduzun toqquşması nəticəsində yaranmış elektromaqnit şüalanması rentgen, ultrabənövşəyi, optik, infraqırmızı və radiodalğa diapazonlarında qeydə alınıb.
Amerikalı astronomlar hələ 2015-ci ildə məkan və zamanı əyərək dəyişən cazibə dalğalarını aşkarlamışdılar. Bu dalğalar Yerdən 1 milyard işıq ili uzaqlıqdakı iki qara dəliyin toqquşması nəticəsində yaranmışdı.
Olay 2016-cı ilin noyabrında və 2017-ci ilin avqustunda təkrarlanıb. Bu tədqiqatlar Albert Eynşteynin nisbilik nəzəriyyəsini təsdiqləyərək astronomiyada yeni səhifə açıb. Ən azı "Böyuk Partlayış" nəzəriyyəsi yenidən, daha təkmil şəkildə araşdırılacaq.
Alimlər Rayner Vayss, Barri Beriş və Kip Torn isə tədqiqata görə Nobel fizika mükafatını aldılar.
"Cazibə-dalğa astronomiyası indiyədək elektromaqnit astronomiyası vasitəsilə tədqiqatı mümkün olan neytron ulduzların araşdırılması istiqamətində yeni, möhtəşəm imkanlar yaradır", - LİGO rəsədxanasının icraçı direktoru Devid Reytse deyib.
Astronomlar bildirirlər ki, iki neytron ulduzun toqquşması nəticəsində optik işıq formasında elektromaqnit şüalanması yaranır. İşıqlanma güclü teleskoplar vasitəsilə müşahidə olunmaq üçün yetərincə parlaqdır ki, bu da cazibə dalğalarının mənbəyinin varlığına ilk əsaslı sübutdur.
Qamma partlayışının olduğu isə göstərir ki, ulduzların toqquşması nəticəsində "kiloyeni", yəni adi yeni ulduzdan 1000 dəfə güclü yeni neytron ulduz yaranıb.
Ulduzların toqquşaraq birləşməsi nəticəsində yaranmış işıq selini bir neçə güc münaşihə etmiş astronomlar parlayan kürənin yoxa çıxdığını, rəngini mavidən qırmızıya dəyişdiyini görüblər.
Sonuclar daha bir nəzəriyyəni təsdiqləyir: neytron ulduzların, yəni həddən ziyadə sıx ulduz obyektlərinin toqquşması qızıl və platin kimi kimyəvi elementlər yaradır. Ulduzların birləşməsi zamanı ayrılan neytronlar r-nukleosintez adlandırılan prosesdə birləşir.
Belə toqquşmalar Kainatın ağır elementlərlə zənginləşməsi prosesinin də tərkib hissəsi ola bilər.