Həqiqətənmi yüksək intellektual səviyyəli insanlar psixi pozğunluqdan əzab çəkirlər?
Publika.az bildirir ki, Amerika alimləri sınaq keçirərək bunu müəyyənləşdirməyə çalışıblar. Bunun üçün onlar intellekti yüksək olan insanları birləşdirən “Mensa” təşkilatının 3715 iştirakçısı üzərində tədqiqat keçiriblər.
Sınağın bütün iştirakçılarının intellekt əmsalı (IQ) 130-dan yuxarı idi. Tədqiqatçılar onlardan təsdiq edilmiş və ya güman edilən psixi pozğunluqlar, astma, qida allergiyası və avtoimmun xəstəlikləri haqqında suallara cavab verməyi xahiş ediblər.
Alimlər qeyd edirlər ki, sınağın iştirakçılarının əksəriyyəti hər gün yüksəlmiş emosionallıqdan və həddən artıq qıcıqlanmadan əziyyət çəkirlər. Onlara elə gəlir ki, ətrafda çox adam “kütdür”, öz fikirlərini izah etməkdə çətinlik çəkirlər. Nəticədə, daim hiss edilən qıcıq və stress immun sisteminin işində dəyişikliklərə gətirib çıxarır ki, bu da öz növbəsində, bədənin və beyinin fəaliyyətinə təsir edir.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub