Heç bir alimin cavabını bilmədiyi bir sual var: Necə olub ki, dünya indiyədək dağılmayıb?
Metbuat.az Britaniya mediasına istinadən xəbər verir ki, alimlərin sözlərinə görə, elmi cəhətdən yanaşanda kainat indiyədək dağılmalı idi.
Bildirilir ki, dünyanın bütün elitar alimləri məhz belə bir məsələ üzərində baş sındırırlar. Onların qənaətinə görə, bütün aləm yarandığı an məhv olmalı idi.
Kainatın başlanğıcında standart elmi modelə görə, eyni miqdarda maddə və antimaddə olub. Lakin təbiətin qanunlarına əsasən, onlar bir-birini dərhal məhv etməli və yerində heç nə qoymamalı idi. Amma bizim ətrafımızda bu gün də bütöv bir aləm var.
Alimlər bu "antielmi vəziyyətin", yəni dünyanın niyə indiyədək mövcud olmasının səbəbini tapmaq üçün maddə və antimaddə arasında ən mümkün fərqlərə nəzər salıblar. Onlar müxtəlif vasitələr - kütlənin ölçülməsinə, eletrik cərəyanına, bir sözlə hər şeyə əl atıblar, lakin maddə və antimaddə arasında zərrə qədər də fərq tapmayıblar.
Alimlər deyib:
"Burada mütləq bir assimmetriya olmalıdır, lakin biz sadəcə olaraq fərqin nədə olduğunu başa düşmürük. Biz bu simmetriyanın sınma mənbəyini tapa bilmirik" .
Maddə və antimaddə arasında bir mümkün fərq də onların maqnitizmində ola bilərdi. Lakin yeni tədqiqat onların da tam simmetrik və bənzər olduğunu göstərib.
1
Dron məktəbin yaxınlığına belə düşüb - Həmin anın videosu
1547 dəfə oxunub
2
İran Naxçıvana 4 dron yönləndirib - MN
1496 dəfə oxunub
3
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
1491 dəfə oxunub
4
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
1481 dəfə oxunub
5
Nazirlər Kabineti İranla bağlı qərar verdi
1480 dəfə oxunub