Azərbaycanlı gənc ixtiraçı Rəşid Əliyev gözdən əlillər üçün xüsusi qurğu icad edib.
Mynews.az-ın Report-a istinadən məlumatına görə, ixtira etdiyi qurğu ilə bağlı fikirlərini bölüşən R.Əliyev deyib ki, bu qurğu “Brail teach” (Breyl tədrisçisi) adlanır.
Müsahibimiz adıçəkilən cihazın “brail” (breyl) əlifbasını öyrənmək üçün olduğunu və bir neçə dildə mövcudluğunu qeyd edib: “Brail teach”də 8 interaktiv oyun var və onlar iki rejimdə çalışır – hərflər və rəqəmlər. Bu üsul öyrənilən məlumatları daim yeniləməyə imkan verir".
R.Əliyevin sözlərinə görə, cihazın bəzi kompanentlərinə və proqram təminatına görə müəlliflik hüququna məxsusdur: “Maliyyə tərəfini nəzərə alsaq, patentə baş vurmaq sərf etmir. Amma kütləvi istehsal haqqında danışıqlar gedir. Bəzi şirkətlər, şəxslər var ki, bu işə qoşulmaq istəyirlər. Bu sonuncu prototipdir və bundan sonra istehsal gözlənilir”.
İxtiraçı deyib ki, “Brail teach”in proqnozlaşdırılan satış qiyməti 50-60 dollar olacaq və bu cihaz Azərbaycanda pulsuz paylanılacaq: “Azərbaycanda məktəb yaşında görmə məhdudiyyətli 300-ə yaxın insan var. Amma hədəf götürdükdə, Azərbaycanda bütün hədəf qruplarında ümumilikdə 2000-dək görmə məhdudiyyətli şəxs var. Dünya üzrə isə bu rəqəm 2013-cü ildə 35 mln. idi, 2020-ci ildə 75 mln. nəfərə çatacaq. Bu il onların sayı 45 mln. nəfərə yaxınlaşıb. Hazırda dünya üzrə bu qurğunun 300 mln. nəfər potensial istifadəçisi ola bilər.”
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub