ABŞ-da toplanan və dünyanın düz olduğunu iddia edən fərziyyəçilər I Beynəlxalq Konfrans keçiriblər.
Publika.az xəbər verir ki, konfrans Karolina əyalətində gerçəkləşib.
400-ə qədər işritakçının qatıldığı konfransda dünyanın yuvarlaq deyil, düz olması barədə fikirlər müzakirə edilib. İştirakçılar dünyanın mərkəzində şimal qütbünün olduğunu və Antraktidanın 45 metrlik bir buz divarı ilə əhatələndiyini iddia ediblər.
Toplantı “Flat Earth” adlı Yutub kanalının ev sahibliyi ilə keçirilib. İştirakçılar aparılan sınaqların beynəlxalq elm cameəsinin Yerin kürə formasında olması nəzəriyyəsini çürütdüyünü bildiriblər. Onlar 2018-ci ildə saxta elmi bilgiləri yox edəcəklərini və gerçəkləri ortaya qoyacaqlarını söyləyiblər.
Yutub kanalının sahibi Mark Sarqent “elm bizi sonsuza qədər aldada bilməz” başlığı ilə açıqlama verib. Eyni zamanda, Yerin disk formasında olduğuna inanan iştirakçılar Aya eniş, 11 sentyabr kimi hadisələrin müzakirəsini ediblər.
“Düz dünya”çılar peyk görüntülərinin və dairəsi Yer kürəsi iddiasına işarə verən dəlillərin NASA və digər dövlət qurumları tərəfindən təşkil edilən oyunun bir parçası olduğunu iddia edir.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub