Nəql edilə bilən orqan çətinliyinə həll tapmaq üçün işlərini sürətləndirən elm adamları 10 - 20 il ərzində üç ölçülü printerlərlə 30 dəqiqə ərzində insan orqanı hazırlaya biləcək.
Mynews.az deyerler.org-a istinadən bildirir ki, üç ölçülü printerlərlə insan toxuması və orqanları meydana gətirmək işlərində qısa müddətdə müvəffəqiyyətə çatan isveçli Cellink şirkəti, 10-20 il ərzində nəql edilə bilən orqan yaradıla biləcəyini açıqladı.
İsveçli Cellink adlı bir üç ölçülü printer firmasının idarə heyətinin başçısı Erik Qatenholm, üç ölçülü printerin düyməsini basdığında gerçək bir insan burnu ortaya çıxartmaq istəyir.
Qatenholm bildirdi ki, lap əvvəldən məqsədi tibb dünyasını dəyişdirmək idi və yaratdıqları printeri bütün laboratoriyalarda yerləşdirməkdir.
30 DƏQİQƏYƏ İNSAN ORQANI HAZIRLAYA BİLƏCƏK
Bu son texnologiya məhsulları, bir tikiş maşını necə bir parçanın üzərinə naxış edirsə, 30 dəqiqəlik bir əməliyyat nəticəsində bioloji mürəkkəblərlə insan bədəninin parçalarını yarada biləcəklər.
HƏDƏF, ORQAN ÇATIŞMAZLIĞINA HƏLL TAPMAQDIR
Mütəxəssislər bio printerlərinin gələcək 10 - 20 il ərzində nəql edilə bilən orqanlar hazırlaya biləcəyinə inanır. Əsas hədəf isə, bütün dünyada yaşanan orqan çatışmazlığı üçün həll yolu tapmaqdır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub