İmtahan ödənişlərinin müəyyən edilməsi ilə bağlı Tarif Şurası ilə sıx əlaqədə işləyirik.
Mynews.az Lent.az-a istinadən verdiyi məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilmiş mətbuat konfransında deyib.
M. Abbaszadə deyib ki, qiymətlər tam bəlli olmadığı üçün dəqiq nəsə demək mümkün deyil: “Çox güman ki, Tarif Şurası imtahanların ödəniş məbləğləri ilə bağlı bu həftə öz qərarını verəcək”.
M. Abbaszadə deyib ki, magistratura, rezidentura və dövlət qulluğuna imtahan verən şəxslər imtahanların ödənişlərini özləri edəcəklər, çünki onlar artıq yetkin insanlardır: “ Dövlət başçısının müvafiq sərəncamı ancaq ümumtəhsil müəssisələrini bu il bitirən, yəni valideyn himayəsində olan gənclərə şamil edilir”.
DİM sədri qeyd edib ki, magistratura və rezidentura səviyyəsinə ilk imtahanlar aprel ayından tez olmayacaq: “Hər iki səviyyə üzrə ilk imtahanlar aprelin əvvəlində keçiriləcək. Onu da deyim ki, gələn il qəbul imtahanlarının noyabr ayından başlayaraq keçirilməsi də mümkün ola bilər. Bunu araşdırıb dəqiq qərar verəcəyik”. DİM sədri əlavə edib ki, bu həftə ərzində sınaq imtahanlarının tarixlərinin elan edilməsi gözlənilir: “ İlk sınaq imtahanlarının martın 19-26 tarixlərində keçirilməsi nəzərdə tutulur”. M. Abbaszadə bildirib ki, magistratura səviyyəsi üzrə birinci imtahanda iştirak edən və bu il əsgərliyə getməli olan gənc oğlanlar birinci imtahandan yaxşı nəticə əldə edib ikinci mərhələyə keçərsə, onların siyahısı müvafiq orqanlara təqdim ediləcək.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub