Dövlət İmtahan Mərkəzi 9-cu sinif üzrə buraxılış imtahanının birinci mərhələsində iştirak edəcək şagirdlərə xəbərdarlıq edib.
Mərkəzdən Mynews.az-a daxil olan məlumata görə, buraxılış imtahanının birinci mərhələsində iştirak edəcək şagirdlər aşağıdakı qaydalara riayət etməlidir:
İmtahana gələrkən buraxılış vərəqəsi, şəxsiyyəti təsdiq edən sənədin əsli, tünd-göy və ya qara rəngdə yazan diyircəkli qələm və çertyoj alətləri (xətkeş, pərgar və transportir) gətirilməlidir.
"İmtahana buraxılış vərəqəsi”ində göstərilən vaxtdan gec olmayaraq imtahan binasına gəlmək lazımdır.
İmtahana telefon, planşet, qulaqlıq, çanta, kitab, dəftər, hesablama maşını (kalkulyator), şparqalka, alışqan və digər əlavə vəsaitlər (ləvazimatlar) gətirmək qadağandır.
İmtahan zalında buraxılış vərəqəsində göstərilən yerdə əyləşmək lazımdır.
Sual kitabçasını, cavab vərəqlərini və inşa vərəqini qatlamaq, əzmək, orada lazımsız qeydlər etmək olmaz.
İmtahanda köçürmək və digər şagirdlərin köçürməsinə şarait yaratmaq qəti qadağandır. İmtahanın nəticələri emal olunarkən belə hal aşkarlanarsa, həmin şagirdlərin nəticələri ləğv ediləcəkdir.
Səhv cavabların nəticələri düz cavablara təsir etmir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub