Dünyanın ən böyük zəlzələsinin vaxtı və yeri müəyyənləşib.
Zəlzələ yaxın on ildə Çilinin paytaxtı Santyaqo ətrafında baş verəcək. Daha dəqiq olaraq, paytaxtdan 100 km aralıda yerləşən Valparaiso şəhərində qeydə alınacaq. Fransa və Çili alimlərinin ümumi proqnozlarına görə, bu zəlzələ tarixin ən güclü zəlzələsi olacaq. Zəlzələnin hətta episentrdən kənarda gücü 8,3 bal olacaq və digər Cənubi Amerika ölkələrinə də təsir edəcək.
Zəlzələnin baş verməsinə səbəb, okean təbəqələrinin Cənubi Amerika suxurlarını sıxışdırıb çıxarması olacaq. Bu təzyiq hər il 8 sm artmaqdadır. Zəlzələ ərəfəsində litosfer plitələrinin sürtünməsi prosesi dayanacaq və yaranmış boşluğa okean suları dolacaq.
Alimlər 2015-ci ildə İlyapel şəhərində baş verən zəlzələnin səbəblərini araşdırarkən belə fikrə gəliblər. Bu şəhərdə hər 60-70 ildən bir baş verən güclü zəlzələ bu səbəbdən olur.
Xatırladaq ki, indiyədək qeydə alınmış dünyanın ən güclü zəlzələsi də 1960-ci ildə Çilidə - Santyaqodan 570 km aralıda baş vermişdi. Həmin zəlzələnin gücü 9,5 bal olub (publika.az).
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub