Qlobal istiləşmə ucbatından Saxara səhrasının ərazisi son 1 əsr ərzində 10% artıb.
Mynews.az bildirir ki, bu iddia ilə "Journal of Climate” jurnalına açıqlamasında Merilənd Universitetinin professoru Nigam Sumant çıxış edib. Onun sözlərinə görə, bu vəziyyət Şimali Afrika ölkələrinin həyatına mənfi təsir edib: "Səhranın böyüməsindən ən çox əziyyəti Çad gölü hövzəsi çəkib. Burada səhranın sərhədləri cənuba tərəf genişlənməyə başlayıb. Nəticədə hövzənin suyunda azalma müşahidə edilib. Bu gün iqlimşünasların çoxu belə hesab edir ki, Saxara yaxın zamanlarda yağışların səviyyəsinin artması ilə itə bilər. Belə ki, qlobal istiləşmə mussonları Saxaraya tərəf yönəldəcək. Nəticədə region əsrin sonuna yaxın savannaya çevriləcək. Hələlik hər şey tərsinə gedir. Saxaranın sərhədləri azalmaq yerinə artır. Bu artımda təkcə insan yox, həm də təbiət günahkardır”.(Axar.az)
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub