Amerikanın məhşur şirkətlərindən biri olan "İnform" maraqlı bir cihaz hazırlayıb. Şirkət mütəxəssislərinin təşəbbüsü ilə hazırlanan çip dünyadakı ən kiçik əşyanı belə unutmağa icazə vermir.
Publika.az xəbər verir ki, amerikalıların yeni kəşfi insanların unutqanlıq dərdinə son verəcək. Təqib çipi adlanan cihaz itirilən şəxsi əşyaların yerini dəqiqliklə təsbit edir.
Yeni nəsil ağıllı telefonlara bağlantılı şəkildə işləyən cihaz sizə şəxsi əşyanızdan müəyyən məsafədə uzaqlaşdığınız zaman ismarıc vasitəsilə xəbərdarlıq edir. Çipi istənilən əşyanın üzərinə birləşdirməyiniz kifayət edir.
Çip hava limanlarında və avtobus terminallarında baqaj və şəxsi əşya itirmə riskini sıfıra endirəcək. Çip sadəcə cansız əşyalarda deyil, ev heyvanlarında, hətta körpələrdə belə istifadə edilə bilər.
Çip 6 müxtəlif rəngdə istehsal olunacaq.
Hazırlanan təqib çipinin dekabr ayında orta hesabla 100 dollardan başlayan qiymətlərlə satışa çıxacağı bildirilib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub