Yaponiyadakı Minami-Torişima adasında böyük kəşfə imza atıblar.
Mynews.az sputnik.az-a istinadən bildirir ki, uzunluğu 1,3 kilometr olan, bir müddət hərbi məqsədlər üçün istifadə olunan bu ərazidə mütəxəssislər tərəfindən araşdırma başlayıb. Hazırda yaşayış olmayan adada nadir elementlər və qiymətli daşlar tapılıb.
Alimlər adadan ittrium, evropium, terbium və disprozium maddələrinin tapıldığını açıqlayıblar. Onlar bu elementlərin 500 milyard dollara yaxın qiymətinin olduğunu bildiriblər. Mütəxəssislərin sözlərinə görə, bu maddələrdən kosmik cihazların, iPhone və digər cihazların hazırlanmasında istifadə edilə bilir.
İttriumun 0,5 kiloqramı 3,4 min, evropiumun 100 qramı 20.000, terbiumun 100 qramı 1800 dollara satılır. Adada təxminən 1.2 milyon ton belə maddələr var.
Araşdırmaçılar Wall Street-ə açıqlamasında deyiblər ki, bu Yaponiya üçün inanılmaz bir dəyişiklikdir: "Bu elementləri adadan çıxartmaq çox vəsait tələb edir. Amma bu, inkişafa böyük kömək edə bilər".
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub