Çin ən böyük süni yağış sınağı ilə iqlim dəyişikliyinə meydan oxuyacaq. Süni yağış sınağı ilə hava şəraiti qismən nəzarət altına alına biləcək.
Mynews.az unikal.org-a istinadən xəbər verir ki, Çin Tibet yaylası üzərində əlavə yağış yağmasını təmin etmək üçün tarixdəki ən böyük süni yağış layihəsi üzərində işləyir. Nəşr olunan hesabatlara görə bu layihə, bölgədəki yağış miqdarını 10 milyard kub metrə çıxaracaq tutuma sahibdir.
2016-cı ildə Çindəki Tsinqhua Universitetinin araşdırmaçıları tərəfindən yaradılan 'Sky River' adlı bir layihənin davamı olan bu plan, təxminən 1.6 milyon kilometr kvadrat genişliyində böyük bir sahəyə yağış yağmasını hədəfləyib. Əldə ediləcək yağış miqdarı ilə Çindəki su istehlakının 7%-nin qarşılana biləcəyi ifadə edilir.
Layihəni hazırlayan dövlətin Çin Hava və Kosmos Elmləri İnstitutunun rəhbəri Lei Fanpei, bu layihənin Çinin su çətinliyini həll etmək üçün ciddi bir yenilik olduğunu söyləyir. Bu layihənin inkişaf işlərindən sonra yalnız Çində deyil, bütün dünyada su çətinliyinə qarşı əhəmiyyətli bir həll ola bilər.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub