Dövlət İmtahan Mərkəzi (DİM) 7 və 8 fevral tarixlərində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi və 2018-ci il 13 fevral tarixində elan edilmiş ümumi müsahibə üzrə günlük yekun məlumatı açıqlayıb.
DİM-dən Mynews.az-a verilən məlumata görə, 2018-ci il 7 və 8 fevral tarixlərində elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi və 2018-ci il 13 fevral tarixdə elan edilmiş ümumi müsahibə üzrə qeydiyyatdan keçmiş namizədlərlə müsahibələr bu il mayın 14-də davam etdirilib.
Müsahibələr Bakı şəhəri, həmçinin DİM-in Gəncə regional bölməsi də daxil olmaqla 11 müxtəlif yerdə təşkil olunub.
Gün ərzində keçirilməsi nəzərdə tutulan 28 müsahibədən 19-u baş tutub, 9 müsahibə isə namizədlərin gəlməməsi səbəbindən baş tutmayıb. Müsahibədə iştirak etmiş namizədlərdən 12-si iddia etdiyi vəzifəyə uyğun hesab edilib.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Xüsusilə nəzərə almaq lazımdır ki, müsahibələr regionlarda da keçirilir və bu məqsədlə DİM və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam göndərilirlər.
Dövlət İmtahan Mərkəzi namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.
Müsahibələrdə iştirak etmək istəməyən namizədlər müsahibə tarixinə 1 gün qalmış, səhər saat 10:00-dək müraciətlərini buradan ləğv etməlidirlər.
Namizədlərlə müsahibələrin keçirilməsi mayın 15-dək davam edəcək.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub