Bakı Dövlət Universitetinin rektoru səlahiyyətlərini təhsil nazirinin müavini Firudin Qurbanov icra edəcək.
Mynews.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
Onun sözlərinə görə, bu barədə ötən gün təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb:
“Firudin Qurbanov Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra etməklə, nazir müavini postunda da qalacaq”.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, noyabrın 15-də Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib.
Rektor səlahiyyətlərinin icrası isə bir ay müddətinə universitetin tədris işləri üzrə prorektoru İradə Əliyevaya həvalə edilmişdi.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub