Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müsabiqədənkənar qəbul olunan abituriyentlər haqqında statistikalar açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 2019/2020-ci tədris ilində 3 nəfər incəsənət sahəsi üzrə, 3 nəfər dünya fənn olimpiadası, 22 nəfər respublika fənn olimpiadası, 71 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu üçün, 1 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan “Internatİonal Baccalaureate” təhsil proqramı üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunub.
Müsabiqədənkənar qəbul olunan abituriyentlər dövlət sifarişi əsasında təhsil alacaqlar.
Digər müsabiqə iştirakçılarının nəzərinə çatdırılır ki, “Abituriyent” jurnalının 4 saylı buraxılışında təqdim olunan dövlət sifarişli yerlərdən müvafiq ixtisaslar üzrə 99 yer artıq tutulub.
Həmin siyahı ilə BURADAN tanış ola bilərsiniz.
1 nəfər “Internatİonal Baccalaureate” təhsil proqramı məzunu isə ADA Universiteti “Beynəlxalq münasibətlər” ixtisasına (təhsil yalnız ödənişli əsaslarla həyata keçirilir) qəbul olunub.
5 abituriyent isə müsabiqədənkənar qəbul olmaq hüququndan imtina edib və müsabiqədə ümumi qaydalarla iştirak edəcəklərini qeyd edib.
Bundan əlavə, SAT imtahanının nəticələrinə əsasən, 12 nəfər “Kompüter elmləri”, 5 nəfər “Kompüter mühəndisliyi”, 3 nəfər “İnformasiya texnologiyaları”, 22 nəfər “İqtisadiyyat”, 21 nəfər “Beynəlxalq münasibətlər”, 36 nəfər “Biznesin idarəolunması”, 5 nəfər isə “Dövlət və ictimai münasibətlər” ixtisası üzrə ADA Universitetinə qəbul olub.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub