Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində 2019-2020-ci tədris ili üçün I sinfə şagird qəbulunun III mərhələsinə start verilib.
İdarədən verilən məlumata görə, birinci sinfə şagird qəbulunun vaxtının uzadılması hər bir uşağın təhsilə cəlb olunması və dövlətin yaratdığı təhsil imkanlarından bərabər istifadənin təmin edilməsi məqsədlərinə xidmət edir.
Bu mərhələ üzrə uşaqların elektron qeydiyyatı valideyn (qanuni nümayəndə) tərəfindən üzrlü səbəb (fövqəladə hal, uşağın və ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi) göstərilməklə, “Əlaqə” bölməsi vasitəsilə (elektron ərizə əsasında) oktyabrın 15-dək aparıla bilər. Həmin müddətdən sonra müraciətlər qəbul olunmayacaq.
Valideynlər uşaq elektron qeydiyyatdan keçirildikdən sonra müvafiq sənədləri məktəbə təqdim etməlidirlər. Sənədlər qəbul olunduqdan sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir.
Qeyd edək ki, paytaxtın ümumi təhsil məktəblərində 2019-2020-ci dərs ili üçün I sinfə şagird qəbulu bu il martın 13-dən başlayıb. Dərslərin başlanmasına baxmayaraq, üzrlü səbəblərdən gecikən valideynlərin müraciətlərinin davam etdiyi nəzərə alınaraq, uşaqların I sinfə qəbulu üzrə elektron qeydiyyatın və məktəblərdə sənəd qəbulunun oktyabrın 15-dək aparılmasına dair qərar verilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub