Buraxılış imtahanın keçiriləcəyi şəhər və rayonlar SİYAHI

Elm
2097
Buraxılış imtahanın keçiriləcəyi şəhər və rayonlar SİYAHI

Dövlət İmtahan Mərkəzi (DİM) 16 fevral 2020-ci il tarixində respublikanın 23 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirəcək

Bu barədə BakuPost-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, həmin gün 3178 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. İmtahan saat 11:00-da başlanır. İmtahan binasına buraxılış saat 10:45-də başa çatır və bundan sonra gələn şagirdlər imtahana buraxılmır.

İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə onlara tədris dili, riyaziyyat və xarici dil üzrə ümumilikdə 85 tapşırıq təqdim edilir. İmtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq.

İmtahanların keçirilməsi üçün 25 imtahan binası ayrılıb.

İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanında 3178 (Bakıda 1259, Gəncədə 280, Şəmkirdə 77, Gədəbəydə 60, Qazaxda 37, Tovuzda 110, Sumqayıtda 270, Şamaxıda 52, Qaxda 76, Bərdədə 155, Göyçayda 58, Kürdəmirdə 12, Zərdabda 40, Şirvanda 95, Sabirabadda 60, Biləsuvarda 53, Salyanda 52, Saatlıda 88, Lənkəran 80, Cəlilabadda 88, Qubada 71, Qusarda 37, Xaçmazda 68 nəfər) şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına 33 imtahan rəhbəri, 294 nəzarətçi-müəllim ayrılıb.

Xəbər lenti