Azərbaycanda son iki gün ərzində təhsil müəssisələrində 6 şagird və 8 işçi heyəti koronavirusa yoluxub.
Mynews.az xəbər verir ki, bu rəqəm Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrində COVID-19-la bağlı yaydığı məlumatda öz əksini tapıb.
Nəzərə almaq lazımdır ki, ölkədə ənənəvi təhsilin bərpası ilə əlaqədar yeni qərarlar qəbul edilib. Belə ki, Bakı, Abşeron və Sumqayıtda ibtidai siniflər həftədə 3 dəfə, 5-9-cu siniflər isə həftədə 2 dəfə məktəbə gedəcəkər. Digər şəhər və rayonlarda isə 1-9-cu siniflər həftədə 3 və 5 dəfə təhsil ocağına gedə biləcəklər.
Ölkədə təhsil müəssisələrində yoluxmaların sayı artarsa, rəqəmlərin hansı həddə çatması ənənəvi təhsilin dayandırılacağına səbəb olacaq? Bu suala cavab tapmaq üçün Təhsil Nazirliyinə rəsmi müraciət etdik. Nazirlikdən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, 6 şagird və 8 işçi heyətindən heç biri məktəbdə yoluxmayıb:
"600 000-dən çox şagirdə nisbətdə bu, çox kiçik rəqəmlərdir. Digər tərəfdən həmin şəxslər məktəbdə yoluxmayıb. Yoluxan şagird və müəllimlər müəyyən olunmuş müddətə təcrid edilirlər. Təhsil müəssisəsinin bağlanmasına qərar yerli gigiyena- epidemiologiya mərkəzləri (GEM) ilə razılaşdırılaraq verilir".


1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub