Təhsil Nazirliyi məktəblərdə əyani tədrisin iki həftədən sonra dayandırılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Mynews.az-ın məlumatına görə, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Trend-ə açıqlamasında bu məlumatların yalan olduğunu söyləyib.
Onun sözlərinə görə, hazırda məktəblərdə əyani tədris davam etdirilir. Əyani tədrisin dayandırılacağı ilə bağlı hər hansı rəsmi qərar verilməyib:
"Bu qərar ölkənin sanitar-epidemioloji vəziyyəti nəzərə alınmaqla verilir. Məktəblərdə tədrisin başlanılacağı və ya dayandırılacağı barədə qərarı Təhsil Nazirliyi deyil, Nazirlər Kabineti verir".
Qeyd edək ki, oktyabrın ortalarında pandemiya ilə əlaqədar ölkədə əyani tədris dayandırılmışdı.
Fevralın 1-dən ölkə üzrə təhsil müəssisələrində ənənəvi tədris mərhələli şəkildə qismən bərpa edilib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub