İki ananın və bir atanın genlərini daşıyacaq ilk uşaq 2018-də doğulacaq TİBBDƏ ŞOK YENİLİK

Elm
829
İki ananın və bir atanın genlərini daşıyacaq ilk uşaq 2018-də doğulacaq TİBBDƏ ŞOK YENİLİK

 

 İngiltərənin Newscastle şəhərindəki bir klinika, iki ana və atanın genlərini daşıyacaq "tüp bəbək" dünyaya gətirmək üçün müvafiq lisenziya alıb.

 
İki qadının yumurtalarından və bir kişinin hüceyrələrindənn istifadə ediləcəyi bu üsulla ölümcül mitoxondrial xəstəliklərin qarşısını almaq mümkün olacaq. 
 
Newcastledəki klinikanın bu əməliyyatı həyata keçirmək üçün yetərli olduğuna dair lisenziya alınıb. Bundan sonra bu əməliyyatın tətbiq olunacağı xəstələrin də lisenziya alması lazımdır. Həkimlər bu üsulla ilk körpənin 2018-ci ildə dünyaya gəlməsini gözləyir.
 
Qeyd edək ki, dünyada hər 6500 uşaqdan biri ciddi bir mitoxondrial xəstəliklə doğulur. Mitoxondrial xəstəliklə doğulanlarda orqanizm bəzi funksiyalarını yerinə yetirə bilmir. Bu da əzələ zəifliyi, korluq, ürək çatışmazlığı və hətta ölümə yol aça bilir. Xəstəlik hüceyrələrdə hərəkəti yaradan hissələrin zədələnməsi səbəbindən ortaya çıxır. Mitoxondri yalnız analardan uşaqlara keçir. Mitoxondri özünəməxsus DNT-si var.
 
Yeni üsulla ananın yumurtasındakı zədəli genlər çıxarılaraq o genlərin yerinə başqa bir qadından alınan sağlam genlər yerləşdiriləcək. Beləliklə, sözügedən üsulla dünyaya gələn bir körpə, hər üç nəfərin də DNT-sini daşımış olacaq.


Xəbər lenti