Bu il ölkənin ali məktəblərində tədris ənənəvi formada təşkil olunacaq.
Mynews.az xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Qurum rəsmisi bildirib ki, universitetlər ümumilikdə dərsləri istədikləri formada təşkil edə bilərlər.
Tədris əsasən ənənəvi formada keçiriləcək. Belə ki, bu il Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Texniki Universiteti tədrisi ənənəvi formada təşkil edəcək.
Bakı Dövlət Universitetində isə təhsilin hansı formada olacağı bəlli deyil.
Qeyd edək ki, pandemiya səbəbindən universitetlərdə tədris hibrid formada təşkil edilmişdi.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub