Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrini açıqlayıb.
Yüksək bal toplayanlar arasında şagird Mələkxanım Piriyeva da var. 286,9 bal toplayan şagird Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mayis Piriyevin qızıdır.
Mələkxanım öz sevincini Modern.az-la bölüşüb.
"İlk növbədə doğma məktəbim - Dəyanət Vəqfi Bakı Türk Liseyinə, əziz və fədakar müəllimlərimə ürəkdən təşəkkür edirəm. Bildiyiniz kimi, buraxılış imtahanları ali məktəblərə qəbulun 1-ci mərhələsidir. Hədəfim blok imtahanlarında da yüksək nəticə göstərib ADA Universitetində təhsil almaqdır”, - o deyib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub