"Dekabr ayıdır, tezdən saat 8-ə qalır, amma hələ də ala qaranlıqdır. Küçələrdə məktəbə tələsən uşaqlar görünür. Hələ qışın sərt aylarında - yanvarda, fevralda - bu saatlar tamamilə zülmət olur. Sürüşkən yollar, soyuq hava və qaranlıq küçələr məktəblilər üçün təhlükəsiz deyil. Bununla belə, bu uşaqlar dərsə çatmaq üçün ən geci saat 7-də yuxudan oyanmağa məcburdurlar".
Mynews.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov məktəblərdə dərs saatlarının səhər saat 7:30-da, 8:00-də başlamasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, səhər erkən saatlarda - alqaqaranlıqda dərsə getmək azyaşlı uşaqlara mənfi təsir göstərir:
"Bu vəziyyət təkcə fiziki deyil, həm də psixoloji və akademik təsirlər yaradır. Erkən oyanmaq kiçik yaşlı uşaqların təbii yuxu ritminə uyğun deyil. Onlar dərsə yorğun, diqqətsiz və motivasiyasız gəlirlər. Üstəlik, qaranlıqda məktəbə gedən şagirdlərin təhlükəsizliyi də ciddi narahatlıq doğurur".
Ekspert deyir ki, qış aylarında dərsləri 1 saat gec başlamaq olar. K.Əsədov bu təklifini belə əsaslandırıb:
"Bu addım uşaqların sağlamlığını və təhlükəsizliyini qoruyar; Onların yuxu rejimini tənzimləyər və dərslərdə diqqəti artırar; Həm də valideynlər üçün erkən səhər tələsikliyini bir qədər yüngülləşdirər".
K.Əsədovun sözlərinə görə, uşaqları sağlam və təhlükəsiz təhsil mühiti təmin etmək vacibdir:
"Məqsədimiz yalnız dərs vermək deyil, həm də uşaqlarımıza sağlam və təhlükəsiz bir təhsil mühiti təmin etməkdir. Qış aylarında məktəb dərslərinin başlanğıc saatını dəyişmək bu istiqamətdə atılan kiçik, amma çox önəmli bir addım ola bilər. Təhsil təkcə kitablarla yox, həm də uşaqlarımızın həyat keyfiyyətini artırmaqla inkişaf edir".
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
566 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
555 dəfə oxunub
3
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
530 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
528 dəfə oxunub
5
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
526 dəfə oxunub