Universitetlərin magistratura səviyyəsi üçün qəbul imtahanları yaxınlaşır. Bəs bu il keçid ballarının aşağı düşməsi, yoxsa qalxması gözlənilir? Əsasən, hansı ixtisasların ballarında dəyişikliklər ola bilər?
Mynews.az xəbər verir ki, bu barədə təhsil eksperti Rizvan Fikrətoğlu Metbuat.az-a açıqlamasında bildirib ki, magistratura imtahanı iki tarixdə keçirilir. Adətən birinci və ikinci tarix arasında təxminən iki ay vaxt olur ki, bakalavrlar cəhd edib növbəti dəfə ballarını yüksəldə bilsinlər:
"Son illərlə müqayisədə keçən il ballarda daha çox aşağı düşmə olmuşdu. Mən düşünmürəm ki, bu il ballarda azalma olsun. Əksinə, artım olmasını gözləyirəm. Amma nə birinci, nə də ikinci cəhd qəbul hələ olmadığına görə, konkret fikir bildirmək çox çətindir. Yəni biz bakalavrların nəticəsini bilmirik, əlimizdə statistika yoxdur. Amma illərin təcrübəsinə əsaslansaq, görərik ki, keçən ilki ballardan daha aşağı bal gözlənilmir. Ümumilikdə balların qalxma ehtimalı daha çox ola bilər".

Ekspertin fikrincə, balların yüksəlmə ehtimalı tibb, eləcə də İKT yönümlü ixtisaslarda daha aydın hiss ediləcək.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub