Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib ki, bu ildən etibarən gələcəkdə imtahanların bir qisminin rəqəmsal şəkildə həyata keçirilməsi üçün addımlar atılacaq.
Bəs imtahanların rəqəmsallaşdırılması dedikdə nə nəzərdə tutulur?
Təhsil eksperti Adil Vəliyev açıqlamasında deyib ki, buraxılış və qəbul imtahanlarının rəqəmsal formatda olması abituriyentlərin imtahandan sonra nəticələrini birbaşa öyrənmələrinə imkan yaradır:
“Necə ki, müəllimlər sertifikasiya imtahanında iştirak etdikdən sonra artıq nəticəni bilirlər və bu nəticəyə uyğun olaraq qərarlarını verirlər, eynilə də abituriyentlər də buraxılış imtahanı və qəbulun birinci imtahanında iştirak edəndən sonra test tipli sualların cavablarını biləcəklər. Bundan sonra onlar qərar verəcəklər ki, növbəti imtahana daha tez hazırlaşsınlar və yaxud universitet sistemi, ixtisaslar haqqında düşünsünlər. Bu format açıq tipli tapşırıqların cavablarının açıqlanma vaxtını da xeyli azaldacaq”.
Ekspert qeyd edib ki, inkişaf etmiş ölkələrin hamısının təhsil sistemində elektron formata keçid başlanılıb və bizim də bunu həyata keçirməyimiz təhsilin inkişafına dəstək verəcək.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub