Magistraturaya qəbul imtahanında iştirak etmək üçün bakalavrlar üçün sənəd qəbulu bu gün saat 23:59-dək davam edəcək.
Bu barədə mynews.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu gün saat 09:15-ə olan məlumata əsasən, 19475 bakalavr ərizəsini təsdiq edib (Azərbaycan bölməsi - 17800; rus bölməsi - 1675).
Sənəd qəbulunda iştirak etmək istəyənlər (şəxsi kabineti olmayanlar) ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği "Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.
Daha sonra bakalavr "Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə "Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir.
Qeyd edək ki, imtahan 2025-ci il fevralın 16-da keçiriləcək. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ni imtahana 4-5 gün qalmış çap edə biləcəklər.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub