2023-cü ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesində uğur qazanan müəllimlərin elektron sənəd formasındakı sertifikatları portal.edu.az platformasında yerləşən şəxsi kabinetlərinə əlavə edilib.
Mynews.az xəbər verir ki, qeyd olunan dövrdə uğur qazanan müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olaraq ekranın sol hissəsində yerləşən “Sənədlərim” bölməsinə keçid edərək elektron sertifikatlarını əldə edə bilərlər.
Elektron formada təqdim olunan sertifikatlar əlçatanlığı təmin etməklə yanaşı müəllimlərin əlavə vaxt itkisinin də qarşısını alacaq.
Nəzərinizə çatdırırıq ki, hazırda 2022 və 2024-cü illərdə təşkil olunan sertifikatlaşdırma prosesindən uğurla keçənlərin sertifikatlarının verilməsi istiqamətində işlər aparılır.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub