“Dövlət İmtahan Mərkəzi (DİM) hər il buraxılış və qəbul imtahanlarında iştirak edən abituriyentlərdən yüksək xidməthaqqı tələb edir. Rəsmi açıqlamalara görə, bu ödənişlər sualların hazırlanması, ekspertizası, yoxlanması və digər texniki xərclərə sərf olunur. Lakin martın 2-də keçirilmiş buraxılış imtahanında istifadə olunan riyaziyyat suallarından biri ingilisdilli mənbədən götürülüb. Bu, DİM-in iddia etdiyi kimi sualların böyük əmək və vəsait hesabına hazırlandığını ciddi şəkildə sual altına qoyur”.
Mynews.az xəbər verir ki, bu ittihamları təhsil eksperti Kamran Əsədov sosial şəbəkə hesabında ictimailəşdirib.
O, DİM-i qeyri-şəffaflıqda ittiham edib: “Yuxarıdakı şəkillərdən də göründüyü kimi, sualın ingilis versiyası tam eyni məzmunla xarici mənbədən götürülüb. DİM-in təqdim etdiyi sual isə sadəcə Azərbaycan dilinə tərcümə edilib və abituriyentlərə təqdim olunub”.
Məsələ ilə əlaqədar DİM-ə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sözügedən tapşırıq plagiat deyil, xarici mənbədən götürülməyib: “2 mart 2025-ci ildə keçirilən buraxılış imtahanında riyaziyyat fənnindən istifadə edilən bütün tapşırıqlar ingilis bölməsi üzrə imtahan verən abituriyentlər üçün də həmin dillərə tərcümə edilərək abituriyentlərə təqdim edilib.
İngilis bölməsi üzrə imtahan verən abituriyentlərin birinin sual kitabçasından götürülmüş bir tapşırığın sosial media platformalarında yayılması bu qaydadan məlumatsız olan bəzi şəxslər tərəfindən həmin tapşırığın xarici mənbədən götürüldüyü kimi başa düşülüb.
Bir daha bildiririk ki, tapşırığın orijinal mətni Azərbaycan dilindədir və həmin tapşırıq yalnız ingilis bölməsi üzrə imtahan verən abituriyentlər üçün tərcümə edilib. Sosial mediada yayılan görüntü də hansısa xarici mənbə olmayıb, məhz DİM-in keçirdiyi imtahanda istifadə edilən sual kitabçasından götürülüb”.
Qeyd edək ki, ekspert daha sonra yazdığı statusu silib.

1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
974 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
935 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
927 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
925 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
906 dəfə oxunub