Martın 2-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb. İmtahanda 23 nəfər 300 bal toplayaraq maksimum nəticə göstərib. Yüksək nəticə göstərənlərin sayı çoxluq təşkil etsə də, nəticələrdən narazı olan abituriyentlər də var. Bəs onlar nə etməlidir?
Mynews.az xəbər verir ki, modern.az mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzi (DİM) ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, aprelin 10-da imtahan nəticələri ilə yanaşı, cavab vərəqinin qrafik təsviri (yəni şagirdlərin yazdıqları), hər bir ətraflı yazılı cavab tələb edən açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın doğru cavabları, həlli, qiymətləndirmə şkalası ) iştirakçının səhifəsinə yerləşdirilib:
"Hər kəs girib öz yazdığı və doğru cavablarla tanış olmalıdır. Qiymətləndirmə meyarlara uyğun aparılır və şagirdin imtahan nəticəsi səhifəsində açıq şəkildə yerləşdirilir. Meyarlarda hansı cavaba hansı balın veriləcəyi konkret göstərilir. Təəssüf ki, iştirakçıların bəziləri dim.gov.az saytında fərdi imtahan nəticəsi səhifəsinə yerləşdirilən bu materiallarla tanış olmur və sadəcə ümumi fikir yürüdürlər".
"Ancaq yenə də xatırladırıq ki, imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 14‑16 aprel tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır.
Şagirdlərin müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə ediləcək"-məlumatda bildirilib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub