2025-2026-cı tədris ili üzrə "Rəqəmsal Bacarıqlar" təmayüllü 10-cu siniflərə qəbul üçün qeydiyyata start verilir.
Mynews.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Bildirilib ki, “Rəqəmsal bacarıqlar” təmayül siniflər şagirdlərin nəzəri biliklərini dərinləşdirməklə yanaşı, bu biliklərin praktikada tətbiqinə, informasiya texnologiyaları sahəsində ixtisaslaşmağa, əmək bazarının müasir tələblərinə uyğun bilik və bacarıqların formalaşdırılmasına zəmin yaradır.
Qeyd edək ki, bu təmayül siniflərin şagirdlərinə İnformatika fənni həftədə 5 dəfə tədris edilir və bununla da onlar XXI əsr bacarıqları hesab edilən məntiq, alqoritmik düşünmə və digər yumşaq bacarıqlarını inkişaf etdirirlər.
Qeydiyyat 7 may tarixinə qədər //digitalskills.edu.az platforması vasitəsi ilə həyata keçiriləcək.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub