Bəzi təhsil müəssisələrində müsabiqə mərhələsi ləğv olunub.
Mynews.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Bildirilib ki, prioritetli məktəblərə qəbul (Bakı, Sumqayıt, Gəncə, Abşeron) Azərbaycan bölməsi üzrə 6 may, saat 11:00 – 5 iyun, digər dillərdə tədris üzrə 17 iyun, saat 11:00 – 17 iyul tarixlərində olacaq.
Bu tarixlərdə prioritetli məktəblərə müraciətlər prioritet əsaslı qəbul olunacaq. Sonradan isə həmin məktəblərə qəbul sərbəst şəkildə həyata keçiriləcək.
Prioritet tətbiq olunan məktəblərin siyahısı müvafiq yerli təhsil idarələri və mektebeqebul.edu.az portalı vasitəsilə açıqlanacaq.
Ləğv olunan təhsil müəsissələri “Ankara məktəbi” məktəb-liseyi, 160 nömrəli Klassik gimnaziya və İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyidir.
Bu məktəblərə qəbul yalnız prioritet əsasında və sərbəst qaydada aparılacaq.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub