Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti cari ilin 03 mart - 30 may tarixlərində Heydər Əliyev adına Hərbi İnstitut, Hərbi Tibb Fakültəsi, Bakı və Naxçıvan Hərbi Kollecləri, Heydər Əliyev adına və Cəmşid Naxçıvanski adına Hərbi Liseylərə elektron sənəd qəbulu elan edir.
Mynews.az xəbər verir ki, ilk dəfə olaraq, Milli Müdafiə Universiteti tərəfindən qəbul prosesi elektron qaydada həyata keçirilir.
Ölkə üzrə əhatəliliyi və fasiləsizliyi təmin edən yeni sistem şəffaflığın, əlçatanlığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yaradılıb.
Azərbaycan Respublikasının vətəndaşları istənilən bölgədən “www.mmu.edu.az” saytının “Təhsil müəssisələrinə qəbul” bölməsindən sənəd qəbulu portallarına keçərək müvafiq portaldakı “Qaydalar və sənəd nümunələri” hissəsindən proseslə bağlı məlumatları əldə edə bilər.
Eyni zamanda yeni ixtisaslar: Tarix, Beynəlxalq münasibətlər təhsil almaq, o cümlədən Türkiyədə, Koreyada, İtaliyada, Almaniya və Rusiyada davam etdirmək mümkündür.
Hətta hazırda xidmət keçən əsgərlər də bu fürsətdən yararlana bilər.
2024-cü ildə buraxılış balı 60 və ondan yuxarı olan əsgərlər hərbi kolleclərə sənəd verə bilərlər.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub