Ölkəmizdə ali məktəblərə qəbul prosesinin birinci mərhələsi artıq yekunlaşıb. Bundan sonrakı prosesdə abituriyentlər blok imtahanlarında iştirak edəcəklər. Cari ildə bir sıra ali təhsil müəssisələrində ixtisaslarda bəzi dəyişikliklərin olacağı proqnozlaşdırılır.
Mynews.az-ın məlumatınaa görə, ixtisaslarında dəyişiklik olacaq ali təhsil müəssisələrindən biri Azərbaycan Dövlət Pedaqoji Universitetidir (ADPU).
Mövzu ilə bağlı ali təhsil müəssisəsindən saytımıza bildirilib ki, əmək bazarının və müasir dövrün tələblərinin, həmçinin də Təhsil ixtisasları qrupu üzrə işçi qrupun ilkin qərarları nəzərə alınmaqla, “Korreksiyaedici təlim” ixtisasının adı “Xüsusi pedaqogika”, “İnformatika müəllimliyi” ixtisasının adı “İnformatika və rəqəmsal bacarıqlar müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının adı isə “Riyaziyyat, informatika və rəqəmsal bacarıqlar müəllimliyi” adı ilə əvəzlənib. Bundan əlavə, cari ildən yeni yaradılan "Fizika və riyaziyyat müəllimliyi" ixtisasına qəbul aparılacaq.
Qeyd edilib ki, magistratura və doktorantura səviyyələri üzrə son illərdə müxtəlif yeni ixtisasaşmalar yaradılıb, burada təhsil idarəetməsi ixtisaslaşmaları geniş yer tutur. Hazırda əmək bazarının tələblərinə uyğun yeni ixtisaslaşmaların da yaradılması İşçi qrupda müzakirə edilir.
1
Səkinə Sadıxova vəzifəsindən azad edildi
522 dəfə oxunub
2
9-cu sinif şagirdi vəfat etdi - FOTO
513 dəfə oxunub
3
Hüseyn Çeliki tənqid etdi: "Oxumağın bərbaddır, insan ol"
501 dəfə oxunub
4
Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdə ödəniləcək
501 dəfə oxunub
5
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
484 dəfə oxunub