Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kəsrlərin düzəldilməsi, hər hansı imtahan ballarının artırılması, və s. qeyri-real çağırışlar etməklə dələduzluq yolu ilə vətəndaşların aldadılmasına cəhd olunur.
Bunu Mynews.az-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə deyib.
“Abituriyentlər diqqətli olmalı və sosial şəbəkələrdə bu tip təhrikedici təkliflərin dələduzluq əməli olduğunu bilməlidirlər. Həmin şəxslər hətta başqa saxta hesablar vasitəsilə öz postlarının altında güya onlara kömək göstərildiyini yazırlar.
İstifadəçilər ayıq olmalı, dələduzların toruna düşməməli və belə süni çağırışlara məhəl qoymamalıdırlar. Hər kəs öz biliyinə güvənməli və dərk etməlidir ki, yalnız imtahanda iştirak etməklə müəyyən bal toplaya bilər və həmin bala kimsə müdaxilə edə bilməz. İstifadəçilər konkret aldadılma faktları ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər”, - Xanlarzadə bildirib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub