Mayın 17-də IV, mayın 18-də isə VI sinif şagirdləri üçün monitorinq imtahanları keçiriləcək. Bəs monitorinq nəticəsi şagirdlərin sinifdən sinfə keçmələrinə təsir göstərəcəkmi?
Mynews.az Təhsil İnstitutuna istinadən xəbər verir ki, monitorinqin nəticələri şagirdin məktəbdaxili qiymətləndirməsinin nəticələrinə və sinifdən sinfə keçmələrinə təsir göstərmir. Bu barədə məktəb sənədlərində qeyd aparılmır.
Qeyd olunur ki, monitorinqlərin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub