18-25 iyun tarixində təşkil olunan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi artıq yekunlaşıb.
Mynews.az xəbər verir ki, bu barədə "Report"a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Zenfira Sevdimalı bildirib.
O deyib ki, ölkənin 18 müxtəlif şəhər və rayonu üzrə 39 imtahan mərkəzində keçirilən prosesdə ümumilikdə 22 383 müəllim iştirak edib: "Sertifikatlaşdırma prosesindən uğurla keçən bütün müəllimlərimizi təbrik edir, biliyi, məsuliyyəti, zəhməti və əzmini minnətdarlıqla qiymətləndirir, gələcək əmək fəaliyyətinlərində-öyrənmə və öyrətmə yolunda hər birinə uğurlar arzulayırıq".
"İmtahan təşkilindən öncə imtahan qaydaları, təlimatlar müəllimlərlə bölüşülsə də, çoxsaylı görüşlər keçirilib müəyyən xəbərdarlıqlar edilsə də təəssüflə bildiririk ki, az sayda neqativ hallara da rast gəlinib. Belə ki, 7 nəfər müəllimin nəticəsinin imtahan qaydalarını pozması (imtahan zamanı telefondan istifadə, imtahan suallarının şəkillərinin çəkilməsi və s.) səbəbi ilə ləğv edilməsi nəzərdə tutulub. Bu cür hallar prosesə kölgə salmaqla yanaşı, müəllim adının daşıdığı yüksək ictimai etimadla ziddiyyət təşkil edir.
Ona görə də hər bir iştirakçının bu mərhələyə dürüstlük, məsuliyyət və daxili intizamla yanaşmasının vacibliyini bir daha vurğulayırıq", - Z.Sevdimalı qeyd edib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub