Ağsu rayon Dilman kənd tam orta məktəbinin direktoru cəzalandırılıb.
Mynews.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, buna səbəb direktorun şagirdin attestatına yanlış qiymət yazması olub.
Dağlıq Şirvan Regional Təhsil İdarəsindən bildirilib ki, Ağsu rayon Dilman kənd tam orta məktəbinin 11-ci sinif şagirdi Valehov Elmir Emil oğlunun 2024-2025-ci tədris ili üzrə illik qiymətlərində texniki səhv edilib:
“Şagirdin illik qiymətləri jurnaldan DİM-in “Şagird-məzun” sisteminə işlənilərkən məktəb rəhbərliyi tərəfindən texniki səhv edilərək riyaziyyat və Azərbaycan dili fənləri üzrə yanlış qiymətlər işlənilib. Sonradan qiymətlərə sistemdə düzəliş edilib.
Şagirdə düzgün qiymətlər yazılaraq yeni attestat təqdim olunub. Bununla əlaqəli məktəb direktoru haqqında intizam tənbehi görülüb”, - deyə məlumatda qeyd olunub.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub