Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara seçim prosesi başlayıb.
Bu barədə Mynews.az-a Təhsil İnstitutundan məlumat verilib.
Bildirilib ki, mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalar üçün seçim prosesi saat 15:00-da aktivləşib və 13 avqust saat 12:00-da başa çatacaq.
Namizədlər seçimlərini şəxsi kabinet vasitəsilə, "İmtahanlar” bölməsində yerləşən "Lisey seçimi” hissəsindən həyata keçirə bilərlər.
Əlavə araşdırmanın nəticələrinə əsasən, müvafiq komissiyanın qərarı ilə nəticələri ləğv edilən şəxslər 8 avqust saat 17:00-a qədər [email protected] elektron ünvanına rəsmi ərizə ilə müraciət edə bilərlər.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub