2025-2026-cı tədris ili üçün müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsinin vaxtı açıqlanıb.
Mynews.az xəbər verir ki, müsahibə mərhələsi ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib. Müsahibə mərhələsi gələn həftə - 22 avqustan başlayacaq.
Bu mərhələdə namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır.
Xatırladaq ki, ümumilikdə müsabiqə üzrə 3957 namizəd müsahibə mərhələsində iştirak hüququ əldə edib.
Təhsil İnstitutu nəzdindəki İnsan Resursları Mərkəzi müsahibə mərhələsinə gələrkən aşağıdakı sənədlərin əslini gətirməyi tələb edib:
- şəxsiyyəti təsdiq edən sənəd;
- ali, orta ixtisas, magistratura və ya yenidənhazırlanma təhsili haqqında sənəd və ona əlavə;
- xarici ölkələrdə alınmış təhsilin tanınması və ekvivalentliliyi haqqında şəhadətnamə.
Faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisələr üzrə vakansiya seçimi mərhələsində uğur qazanan namizədlər əlavə olaraq faktiki yaşayış yeri ilə bağlı arayış təqdim etməlidirlər.
Qeyd edək ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub