Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi abituriyentlərə və onların valideynlərinə müraciət edib.
Mynews.az xəbər verir ki, müraciətdə deyilir:
"Hörmətli abituriyentlər və valideynlər,
Ali təhsil müəssisələrinə qəbul nəticələri hər kəsin gözləntilərinə tam uyğun gəlməyə bilər. Bəziləriniz tələbə adını qazanmağın sevincini yaşayır, digərləri isə hələ bu arzusuna nail olmayıb. Lakin hər iki halda vacib olan gələcəyə ümidlə baxmaq, düzgün qərarlar vermək və məqsədyönlü şəkildə irəliləməkdir.
Təhsil və peşə seçimi həyatın ən mühüm qərarlarından biridir. Gənclərimiz orta ixtisas və ya peşə təhsilinə yönələ, həmçinin qəbul imtahanlarına növbəti ildə daha ciddi hazırlaşaraq istədikləri nəticəni əldə edə bilərlər.
Xaricdə təhsil imkanlarını nəzərdən keçirərkən isə bir sıra mühüm məqamlara diqqət yetirmək zəruridir. Ən vacib məqam hər bir elana inanmamaq və asan yollara əl atmamaqdır. Bu məsələyə etinasız və tələsik yanaşmaq gələcəkdə diplomun tanınmaması, təhsilin yarımçıq qalması və digər ciddi fəsadlara səbəb ola bilər. Bu səbəbdən seçiləcək ali məktəbin akkreditasiyası, diplomun ölkəmizdə tanınması, həmçinin təhsil və yaşayış xərclərinin ailə büdcəsinə uyğunluğu əsas meyar kimi nəzərə alınmalıdır.
Unutmayın ki, bu gün qəbul etdiyiniz qərarlar sabahınızın uğurunu müəyyənləşdirir".
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub