Yeni tədris ilində ümumtəhsil müəssisələrində Təhsil İnstitutunun təşkilatçılığı ilə hazırlanan yeni dərsliklər tədris olunacaq.
Mynews.az xəbər verir ki, bu barədə Təhsil İnstitutundan (ARTİ) bildirilib.
ARTİ tərəfindən hazırlanan bu dərsliklər ümumtəhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, müasir təlim yanaşmalarının tətbiqi və şagirdlərin biliklərinin daha sistemli formalaşdırılması məqsədini daşıyır.
2025-2026 -cı tədris ilində istifadəyə veriləcək yeni dərsliklər:
8-ci sinif - Kimya, Fizika, Biologiya (Azərbaycan və rus bölməsi üçün);
7-ci sinif - Coğrafiya (Azərbaycan və rus bölməsi üçün);
6-cı sinif - Riyaziyyat, Azərbaycan dili (tədris dili), Математика, Azərbaycan dili (dövlət dili), Game changer (ingilis dili);
3-cü sinif - Həyat bilgisi (Azərbaycan və rus bölməsi üçün);
Yeni kurikulumlar əsasında yeni dərsliklərin hazırlanması prosesi bu il də davam edir.
Yeni kurikulumlar əsasında hazırlanan aşağıdakı dərsliklər ilkin sınaq məqsədilə pilot siniflərdə istifadəyə veriləcək:
9-cu sinif - Kimya, Fizika, Biologiya, Coğrafiya;
8-ci sinif - Coğrafiya, Riyaziyyat, Azərbaycan dili (tədris dili);
7-ci sinif - Riyaziyyat, Azərbaycan dili (tədris dili), Математика, Azərbaycan dili (dövlət dili), Game changer (ingilis dili);
4-cü sinif - Həyat bilgisi.
Qeyd edək ki, bu ildən etibarən tədrisi digər dillərdə aparılan 5-ci və 6-cı siniflərdə "Azərbaycan tarixi" fənni Azərbaycan dilində tədris ediləcək.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub