Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin strukturunda dəyişiklik edilib.
Mynews.az xəbər verir ki, şöbə daxilində Media ilə iş və Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorları yaradılıb.
Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektoruna rəhbərlik şöbənin müdir müavini Ayla Həsənova-Məmmədovaya, Media ilə iş sektorunun müdiri vəzifəsi isə şöbənin baş məsləhətçisi Billurə Hacızadəyə həvalə olunub.
Yeni sektorların yaradılması media subyektləri, qurum və tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsinə, nazirliyin rəqəmsal media platformalarında fəaliyyətinin daha səmərəli təşkilinə xidmət edir.
Bununla yanaşı, bu addım nazirliyin ümumi fəaliyyəti barədə ictimaiyyətin düzgün və operativ məlumatlandırılması, tabe qurumların media fəaliyyətinin əlaqələndirilməsi, eləcə də rəqəmsal media strategiyaları vasitəsilə həm informasiya mübadiləsinin, həm də ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsini hədəfləyir.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub