Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin (əsas yerləşdirmədən sonra) portal.edu.az saytında qeydiyyat müddəti uzadılıb.
Bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, abituriyentlər 10 sentyabr saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçməlidirlər.
Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.
Abituriyentlər qeydiyyat prosesi ilə bağlı məsələləri Elm və Təhsil Nazirliyi və ya portal vasitəsilə dəqiqləşdirə bilərlər.
Qeyd. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyat prosesinə isə 9 sentyabr saat 11:00-da start veriləcək və 15 sentyabr saat 18:00-dək davam edəcək.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub